XƏBƏRLƏR
04 Dekabr, 2023
Muzeydə Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Hindistanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüş keçirilib. Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, səfir Sridharan Madhusudhanan, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və səfirliyin əməkdaşı Fatimə İsmayılova iştirak edib. Akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib və səfirə muzey haqqında ətraflı məlumat verib.
Akademik N.Vəlixanlı muzeyin həm mədəni, həm də elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərdiyini və digər ölkələrlərlə olduğu kimi Hindistan muzeyləri ilə də elmi, mədəni əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətlərin aparılmasını təklif edib.
Səfir Sridharan Madhusudhanan muzeylə tanışlıqdan öz məmnunluğunu bildirib və Azərbaycanın zəngin və qədim tarixə malik olduğunu vurğulayıb. Həmçinin, səfir qeyd edib ki, Hindistan və Azərbaycan arasında uzaq məsafənin olmasına baxmayaraq, son zamanlar Qafqaz regionuna marağın artması nəticəsində Azərbaycana səfər edən hindistanlıların sayında artım müşahidə olunur.
Hər iki ölkənin muzeyləri arasında birgə əməkdaşlıq istiqamətində gələcəkdə səyyar sərgilərin, konfransların, treninqlərin həyata keçirilməsi ilə bağlı planlar müzakirə edilib, müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərindən danışılıb.
Səmimi söhbətdən sonra səfirə muzeyin zəngin kolleksiyasına həsr olunmuş nəşrləri hədiyyə olunub. Akademik Nailə Vəlixanlı səfiri muzeyin fondlarında qorunan Hindistan tarixini əks etdirən eksponatlarla tanış edib. Səfir Sridharan Madhusudhanan da dəyərli hədiyyələrini akademik Nailə Vəlixanlıya təqdim edib və xatirə fotosu çəkilib.
Sonda məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət edən səfir Azərbaycan mədəniyyətinə və tarixinə heyranlığını ifadə edib və muzeyin rəylər kitabına ürək sözlərini yazıb.
Vende Muzeyinin direktoru və əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampo...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və tə...
Milli Azərbaycan Tarixi Muzeyində «Mavi Günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq
30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey...
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək
13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzus...
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...