Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) birgə təşkilatçılığı ilə keçirilmiş “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı beynəlxalq fotosərginin ziyarətçi sayı açıqlanıb. Belə ki, “Azərbaycan” pavilyonundan aldığımız rəsmi məlumata əsasən sözügedən sərgini 98.745 nəfər ziyarət etmişdir. Sərgi ziyarətçilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, beynəlxalq səyyar sərginin digər məkanlarda da keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, sözügedən fotosərgi bundan öncə Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyində keçirilmişdir.