11-13 yanvar 2024-cü il tarixlərində BZT Turan Academy (BZT Turan Akademiyasının Azərbaycan üzrə təmsilçisi Niyaməddin Şükürov, AMEA elmi işçisi, BZT Turan Akademiyasının Orta Asiya və Qafqaz təmsilçisi Fərahilə Babayeva-Şükürova, BZT Turan Akademiyasının Türkiyə təmsilçisi Baha Ahmet Yılmaz) və Azərbaycan Dövlət İqtisad Universitetinin (TUDİFAK dekanı, Prof., Dr. Mehmet Yüce) birgə təşkilatçılığı ilə “Sosial, Humanitar, İnzibati və Təhsil Elmləri üzrə Beynəlxalq Konqres” keçirilib. 21 ölkənin məruzəçilərinin iştirak etdiyi konqresdə Milli Azərbaycan Tarixi Muzeyinin Fondların uçotu və elmi təsnifatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Tarixə nəzər: Xankəndi Diyarşünaslıq Muzeyinə təhvil verilən numizmatik tapıntılar” mövzusunda məruzə edib. Məruzədə ötən əsrdə Xankəndi Diyarşünaslıq muzeyinə təhvil verilən yerli və xarici sikkələr (antik dövrdən XIX əsrin sonunadək) haqqında ətraflı məlumat verilib və tapıntıların tarixi və sosial-iqtisadi önəmi vurğulanıb. Həmçinin, işğaldan azad edilən ərazilərdə muzey işi ilə əlaqədar məsələlərə diqqət yetirilib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konqres materillarının nəşri nəzərdə tutulur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.