“Suraxanı” Gəmi Muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi keçirilib.
Sərgini Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və bir sıra muzey əməkdaşları ziyarət ediblər.
Qeyd edək ki, sözügedən sərgidə muzeyin fondlarında (Sənədli mənbələr, Hədiyyələr və xatirə əşyaları, Təsviri materiallar, Etnoqrafiya fondları) qorunan, 20 Yanvar hadisələrini əks etdirən 108 adda eksponat nümayiş olunub. Sonda muzeyin əməkdaşları “20 yanvarda doğulanlar” adlı bədii-sənədli filmini izləyiblər.
Sərgi 25 yanvaradək davam edəcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.