Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Binəqədi Gənclər evinin, Suraxanı Gənclər evinin, Xəzər Gənclər evinin, Sabunçu Gənclər evinin üzvləri, muzey əməkdaşları, KİV nümayəndələri iştirak edib .
Sözügedən tədbirdə Prezident təqaüdçüləri: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Günay Rüstəmbəyova, TMB radiosunun kreativ direktoru Surxay Əsgərov, Nizami Gəncəvi adına Ədəbiyyət İnstitutunun elmi işçisi Sübhan Məmmədov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümunəvi göstərici hərbi orkestrinin solisti, Мəmmədli Diyarşünaslıq klubunun müdiri Amil Həsənoğlu, Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs və modern rəqsləri üzrə xoreoqrafı Çinarə Quliyeva və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı Mehriban Zaliyeva çıxış ediblər.
Sonra Amil Həsənoğlunun ifasında "Alagöz" mahnısı səslənib, Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi çıxış edib.
Daha sonra Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva gənclərlə görüş keçirib.
Sonda tədbir iştirakçıları Hacı Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.