Azərbaycan ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən tədbirlər planı çərçivəsində 31 yanvar-1 fevral 2024-cü il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı konfrans keçirilib.
Konfrans Milli Azərbaycan Tarixi Muzeyi, Məhəmməd Əmin Rəsulzadə ev-muzeyi ictimai qrupu, Xəzər Universiteti, Varşava Universiteti, Ankara Universiteti və ANS Şirkətləri Qrupunun təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan, Türkiyə, İsveç, İran, Polşa, Tatarıstan, Fransa, ABŞ, Almaniya, Ukraynadan professorlar və elmi ictimaiyyət nümayəndələri, KİV nümayəndələri, muzey əməkdaşları iştirak ediblər.
Muzeydə iki gün davam edən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, professor Solmaz Rüstəmova-Tohidi və digər tədqiqatçı alimlər Azərbaycan Xalq Cümhuriyyəti tarixinin önəmindən, M.Ə.Rəsulzadənin fəaliyyətindən bəhs ediblər. Çıxışlarda M.Ə.Rəsulzadənin çoxşaxəli irsinin tədqiqinin və öyrənilməsinin davam etdirilməsi üçün belə konfransların keçirilməsinin zəruriliyi vurğulanıb.
Daha sonra konfrans təşkilatçıları tərəfindən M.Ə.Rəsulzadənin 1949-cu il 1 fevral tarixində Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyinin 75-illiyi barədə ətraflı məlumat verilib.
Konfransın yekununda təşkilatçılar tərəfindən M.Ə.Rəsulzadə irsinin araşdırmaçılarına təşəkkür edilib və xatirə fotoları çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.