XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
09 Fevral, 2024
Muzeyin əməkdaşı beynəlxalq telekörpüdə iştirak edib

Fevralın 8-də Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə iş şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev tanınmış alim Dmitri İvanoviç Mendeleyevin anadan olmasının 190 illiyinə həsr olunmuş Moskvada keçirilən telekörpüdə iştirak edib.
Telekörpüdə alimin irsinin qoruyucusu olan bir sıra təşkilatların - D.İ.Mendeleyev Muzey-Arxivinin, Sankt-Peterburq Dağ-Mədən Universitetinin, Mendeleyevsk şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinin, D.İ.Mendeleyev adına Tobolsk Pedaqoji İnstitutunun və Rusiyanın bir sıra şəhərlərindən elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Muzeyin əməkdaşı iştirakçılara XIX əsrin ikinci yarısında Bakı neft sənayesinin inkişafında D.Mendeleyevin fəaliyyəti, neft hasilatı və neft emalının səmərəli üsulu ilə bağlı tövsiyə və məsləhətləri haqqında danışıb, eyni zamanda böyük neft sahibkarı H.Z.Tağıyevin 1880-ci ildə alim D.İ.Mendeleyevlə görüşü barədə məlumat da verib. Məruzə telekörpü iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.