Azərbaycan-Qazaxıstan tarixi əlaqələrini birləşdirən numizmatik materillar əsasında kataloqun hazırlanması məqsədilə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşı Adilet Sagimbayev Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda olub. Muzeyin Numizmatika fondunun əməkdaşları- t.ü.f.d Aygün Məmmədova və həmin fondun baş mütəxəssisi Gülnar İsmayılova tərəfindən fondda qorunan Çingizilər, Cəlairilər, Qızıl Orda, Cuçilər dövrünün sikkələri əyani şəkildə göstərilərək məlumat verilib. Eyni zamanda həmin sikkələrin fondda rəqəmsallaşması və müasir dövrdə təbliği ilə bağlı görülən işlərdən söhbət açılıb. Söhbət zamanı sözügedən kataloqun hazırlanması ilə əlaqədar qonağın sualları ətraflı cavablandırılıb və nümunə olaraq muzeyin numizmatik kolleksiyası əsasında hazırlanmış nəşrlər təqdim olunub. Həmçinin, tədqiqatçı alim A.Məmmədova qeyd edib ki, ekspozisiyada belə sikkələrin nümayişi və təbliği dövrün tarixinin tədqiqində mühüm əhəmiyyət kəsb edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.