Miniatür şahmat dəstləri ağac, metal və ya plastik kimi müxtəlif materiallardan hazırlanaraq, mürəkkəb parçalar və lövhələrdən ibarət olur. Bəzi miniatür şahmat dəstləri xüsusi olaraq səyahət üçün nəzərdə tutulub və həvəskarlara yolda şahmat oynamağa imkan verir. Bundan əlavə, "miniatür şahmat" termini həm də ənənəvi şahmat qaydalarını qoruyaraq taxta və fiqurların ölçüsünün mütənasib şəkildə azaldıldığı standart şahmat oyununun daha kiçik versiyasına aid edilə bilər. Bu, daha yığcam şəraitdə strateji bacarıqlarını sınamaq istəyən oyunçu üçün maraqlı və çətin bir variasiya ola bilər.
Belə miniatür şahmat nümunələrindən biri Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda qorunur. Norveç Krallığına aid təqdim olunan miniatür şahmat taxtadandır. Qutunun içərisində 16 ədəd ağ və qara fiqurlar, yan tərəfində heyvan və bitki təsvirləri var. Qapağın kənarları isə bitki ornamentləri ilə bəzədilib. Sözügedən dəyərli eksponat Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi münasibəti ilə 2010-cu ildə Norveç Muzeyinin direktoru Xarald Yakobson tərəfindən muzeyə hədiyyə edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.