Bu gün “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, görkəmli yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür. Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olub. Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materillar fondunda qorunan fotoneqativi təqdim edirik.
Qeyd edək ki, XX əsrin əvvəllərinə aid həmin fotoda Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri: sağdan sola Qurbanəli Şərifzadə, Ömər Faiq Nemanzadə, Sultan Məcid Qənizadə, Həmzət bəy Qəbulov-Şirvanlı, Cəlil Məmmədquluzadə, Əlisgəndər Cəfərzadə təsvir olunub.
Həmçinin, muzeyin Kitabxanasında qorunan nadir nümunələrindən biri- “Molla Nəsrəddin” jurnalının müxtəlif orijinal nüsxələri saxlanılır. Satirik jurnal müəyyən fasilələrlə 25 il ərzində Tiflisdə, Təbrizdə və Bakıda dərc olunub. Tiflisdə 1906-1918-ci illərdə, Təbrizdə 1921-ci ildə, Bakıda 1922-1931-ci illərdə işıq üzü görüb. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşr olunub. Onun redaktoru, görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadə yazırdı ki, “Molla Nəsrəddin” jurnalını zəmanə özü yaratdı.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.