XƏBƏRLƏR
29 Fevral, 2024
Muzeyin “Azərbaycan qadınlarının baş bəzəkləri” adlı yeni kataloqunu təqdim edirik
Azərbaycan Tarixi Muzeyinin dəyərli zərgərlik kolleksiyası əsasında “Azərbaycan qadınlarının baş bəzəkləri” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: Aspoliqraf, 2023, 88səh). Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d, dosent Afət Rüstəmbəyovadır. Kataloqda muzeyin kolleksiyasında mühafizə olunan, Azərbaycan qadın baş bəzək nümunələri (sırğa, qəfəsə, tac, alınlıq, başlıq, çənəbənd, qarmaq) təqdim olunub. Yüksək bədii-texniki dəyərə malik həmin zərgərlik əşyalarının hazırlanmasında müxtəlif mürəkkəb texniki üsullardan- tökmə, döymə, çaxma, lehimləmə və hörmədən istifadə olunub. İstifadə tərzinə görə tarixən Azərbaycan qadınlarının rəngarəng və çeşidli zinət əşyaları baş, sinə, bel, ayaq, eləcə də geyim bəzəkləri olmaqla qruplaşdırılır.
Kataloqda əsas məqsəd XIX-XX əsrlərdə azərbaycanlı xanımların tarixi və ənənəvi zinət əşyalarının önəmli bir hissəsi olan baş bəzəklərinin çeşidləri ilə yanaşı, etnik özünəməxsusluğunu göstərməkdir.
Qeyd etmək lazımdır ki, Milli Azərbaycan Tarixi Muzeyi unikal qadın bəzək nümunələri haqqında silsilə kataloqlar yayımlamaqla xalqımızın tarixən malik olduğu zəngin maddi-mənəvi irsini geniş kütləyə çatdırır.
Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunun təqdimatı olub
Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlə...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materialları təqdim olunur
2025-ci il dekabrın 2–3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş və muzeyin 105 illiyinə həsr olunmuş “Tarixin öyrənilməsinin və tədrisinin akt...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materiallarını təqdim edirik
Ətraflı keçiddə...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olma...
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının yeni monoqrafiyası nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nə...
Muzeyin kolleksiyası əsasında “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb (Bakı...
“Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası” adlı yeni kataloq işıq üzü görüb
"Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası" adlı yeni kataloqun (Bakı: "Aspoliqraf", 2024, 216 səhifə) müəllifi Etnoqra...