Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin dəstəyi ilə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Leyla Fətiyeva, ictimai birliyin sədri Əşrəf Əhmədov, Vətən müharibəsi iştirakçısı, qazi Şərbət Mahmudov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov və M.Müşviq adına 18 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti iştirak edib. Muzeyin əməkdaşı Şəfa Mövsümov çıxışında məktəblilər arasında hərbi vətənpərvərliyin təbliği, zərərli vərdişlərdən uzaqlaşmaq və maarifləndirmə işləri mövzusunda aparılan işlərdən danışıb. Həmçinin, muzeyin Vətən Müharibəsi fondunda mühafizə olunan şəhid və qazilərimizə məxsus materiallar barədə məlumat verib.
Tədbirin sonunda şagirdlərin və müəllimlərin sualları qonaqlar tərəfindən cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.