Milli Azərbaycan Tarixi Muzeyində Yel çərşənbəsinə həsr olunmuş “Novruz görüşləri ” adlı tədbir-ustad dərsi keçirilib. Tədbirdə Bakı şəhəri 111 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Xalq təqvimi ilə ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsidir. Xalq arasında yel çərşənbəsinə "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə" də deyirlər.
Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir.
Tədbirdə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları tərəfindən şagirdlərə gips fiqur üzərində Novruz atributları rənglənməsi və kağız üzərində aplikasiya qurmaq qaydası öyrədilib, face art proqramı keçirilib.
Sonra şagirdlər yumurta formasında olan gips fiqurlar üzərində rəngləmələr aparıb, kəndir dartma oyunu oynayıb, Novruz bayramı atributlarını tanımaq üçün komandalar şəklində digər oyunlar oynayıblar.
Sonda H.Z.Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.