Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramına həsr olunmuş “Novruz görüşləri” adlı növbəti ustad dərsi keçirilib. Tədbirdə Uni Kids Clubun üzvləri iştirak edib.
Şagirdlərə gips fiqurlar üzərində Novruz atributlarının rənglənməsi və kağız üzərində aplikasiya qurmaq qaydası öyrədilib, face-art proqramı keçirilib.
Sonra şagirdlər Novruz şənliklərinin əsas personajlarından olan Kosa və Keçəl ilə "yumurta döyüşü" oyunu oynayıblar və onların ifasında əyləncə proqramını izləyiblər .
Sonda H.Z.Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.