Xalçaçılıq sənəti bədii sənətkarlığın ən məşhur forması və Azərbaycan xalqının milli kimliyinin daşıyıcısıdır. Gündəlik həyatda, müxtəlif mərasimlərdə əvəzedilməz məişət elementi və xalq yaradıcılığının ilhamverici komponenti olan xalçalar, eyni zamanda xalqın mədəni irs nümunəsidir.
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında müxtəlif süjetli xalçalar mühafizə olunur. Bu nümunələrdən birini, Etnoqrafiya fondunda qorunan, Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından müxtəlif səhnələr təsvir edilmiş xalçanı təqdim edirik. Xalça Təbriz xalçaçılıq məktəbinə aid edilir.
Qeyd edək ki, Təbriz xalçaçılıq məktəbi “Həddad”, “Göllü-guşəli”, “Bağ-behişt”, “Bağ-meşə”, “Buta”, “Dərviş”, “Kətəbəli”. “Güldanlı”, “Leyli və Məcnun”, “Səhənd”, “Fərhad və Şirin”, “Xətai”, “Ceyranlı” və s. koloritinə, süjetlərin təsvirinə görə seçilən klassik kompozisiyaları ilə məşhurdur.
Muzey kolleksiyasının zəngin incilərindən olan xalçada Xosrovun Şirinlə ov zamanı görüşmə səhnəsi, çövkən oyunu, musiqi və s. səhnələr, eyni zamanda müxtəlif zoomorf və nəbati təsvirlər əks olunub.
Sözügedən xalça muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.