Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 9-da imzaladığı sərəncama əsasən hər il 27 martda ölkəmizdə Elm Günü kimi qeyd olunur. Bildiyimiz kimi, hər zaman Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksək qiymətləndirilib. O cümlədən, qeyd etməliyik ki, bu gün elm, təhsil sahəsində muzeylər də respublikanın qabaqcıl mədəni-maarif ocaqları hesab olunur. Milli Azərbaycan Tarixi Muzeyi yarandığı ilk gündən Azərbaycan xalqının tarixini əks etdirən maddi-mədəniyyət nümunələrinin ekspozisiya və sərgilərdə nümayişi, təbliği, eyni zamanda onların toplanması, mühafizəsi, tədqiqi ilə məşğul olan mədəni-maarif və elmi-tədqiqat müəssisəsidir. Muzeyin fondlarında və zəngin kitabxanasında 300 mindən artıq tarixi materiallar qorunur. Hər il əlamətdar günlərlə bağlı muzeyin həmin unikal eksponatları əsasında hazırlanmış nəşrləri işıq üzü görür və ictimaiyyətə təqdim olunur.
Qeyd etmək lazımdır ki, muzeyin əməkdaşları tarix, etnoqrafiya, numizmatika və muzeyşünaslıq istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, arxeoloji qazıntılar nəticəsində Azərbaycan tarixinə dair bir sıra abidələr üzə çıxarmış və əsaslı tədqiq etmişlər. Muzey hazırda çoxşaxəli fəaliyyətini bu gün də tarix elminin yeni nailiyyətləri və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunmuş prinsipləri zəminində müvəffəqiyyətlə davam etdirir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.