XƏBƏRLƏR
28 Mart, 2024
Muzeyin təşkilatçılığı ilə SEBA Qəbələ Arxeoloji Mərkəzində elmi seminar keçirilib
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisində yerləşən SEBA Qəbələ Arxeoloji Mərkəzində Milli Azərbaycan Tarixi Muzeyi, Yulius Maksimilian adına Würzburg Universiteti, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Arxeoloji abidələrin müasir metodlarla müəyyənləşdirilməsi və tədqiqi” mövzusunda elmi seminar keçirilib.
Seminarı qoruğun direktoru Zahir Kərimov açaraq, tədbirin əhəmiyyətindən danışıb. Daha sonra SEBA Assosiasiyasının şöbə müdiri, t.ü.f.d., dosent İradə M.Nəcəfova çıxış edərək bildirib ki, SEBA-nın ideya və təşkilatçılığı ilə 2005-ci ildən etibarən Azərbaycan arxeoloqların (AMEA) və 2009-cu ildən Koreya arxeoloqların iştirakı ilə Qəbələdə arxeoloji tədqiqatlar aparılır. İ.M.Nəcəfovanın çıxışı “Qəbələ arxeoloji ekspedisiyası (2005-2019, 2023)” mövzusunda tərtib edilmiş slayd-şou nümayişi ilə davam edib.
Sonra Würzburg Universiteti Qədim Yaxın Şərq Arxeologiyası departamentinin professoru, almaniyalı tədqiqatçı Dr. Martin Gruber “Arxeometriya – maddi mədəniyyətin dərisinin altına girmək” mövzunda təqdimat edərək, müasir və ənənəvi metodlar vasitəsilə arxeoloji tapıntıların laborator şəraitdə təhlilindən və əldə edilən dəqiq elmi nəticələrdən bəhs edib.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, Xəzər və Azərbaycan Dövlət Pedaqoji Universitetlərinin müəllimi, t.ü.f.d. Laçın Mustafayev “Maddi mədəniyyət abidələrinin öyrənilməsi və təbliği” mövzusunda məruzə ilə çıxış edərək, arxeoloji artefaktların tədqiqi, mühafizəsi və təbliğinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. L.Mustafayev çıxışının sonunda Milli Azərbaycan Tarixi Muzeyinin son nəşrlərini – kataloq və kitab-albomları Qoruğa hədiyyə edib.
Məruzələr yekunlaşdıqdan sonra Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent N.Quluzadə tədbirin əhəmiyyəti, məruzələrdə səslənən elmi məsələlərin aktuallığı ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Sonda SEBA Assosiasiyasının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Qəbələ – Qafqaz Albaniyasının paytaxtı” adlı sənədli filmi nümayiş olunub. Tədbirin yekununda qonaqlara SEBA Assosiasiyasının dəstəyi ilə akademik Teymur Bünyadovun rəhbərliyi altında hazırlalan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru” kitablardan ibarət toplu hədiyyə edilib.
Tədbirdən sonra qonaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisində yerləşən Səlbir, Qala və Antik şəhər ərazilərində arxeoloji qazıntı sahələri ilə tanış etmək üçün ekskursiya təşkil olunub.
Vende Muzeyinin direktoru və əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampo...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və tə...
Milli Azərbaycan Tarixi Muzeyində «Mavi Günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq
30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey...
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək
13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzus...
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...