XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
02 Aprel, 2024
Muzeyin əməkdaşı Özbəkistanda keçirilən konfransda çıxış edib

Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Tarixi Dövlət Muzeyinin təşkilatçılığı ilə “Muzeylər ənənələrin, yeniliklərin və novasiyaların inteqrasiyasında" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi “Muzeydə gənclərin vətənpərvərlik tərbiyəsi” adlı məruzə ilə onlayn çıxış edib. F.Şəmsi fotoslaydın nümayişi ilə Milli Azərbaycan Tarixi Muzeyinin ziyarətçiləri ilə aparılmış işin yeni metodlarını təqdim edib və gənc nəslin vətənpərvərlik tərbiyəsinin vacibliyini vurğulayıb.

Konfransda Özbəkistan, Rusiya, Türkiyə, İran, Hindistan, Misir, Qazaxıstan alimlərinin də aktual məruzələri dinlənilmiş və müzakirələr edilmişdir.

Konfrans məqalələrinin nəşri nəzərdə tutulub.