Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş qəhrəmanlarımıza aid materiallar qorunur.
Həmin nümunələr arasından Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Samid İmanov, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Mühüd Orucov, Xüsusi Təyinatlı Qüvvələrin giziri, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid Şahin Cavadzadə, Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Şəhriyar Quliyev, Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Elimdar Səfərov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş, şəhid Samir Koçayevin şəxsi əşyalarını təqdim edirik.
Həmin eksponatlar 2021-ci il tarixində muzeydə keçirilən “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə nümayiş olunub.
Qeyd edək ki, bu materiallar əsasında muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümovun “2016-cı il aprel döyüşləri iştirakçılarının materialları” adlı məqaləsi çap olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.