2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Milli Azərbaycan Tarixi Muzeyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin həyətində ağacəkmə aksiyası keçirib. Aksiyada muzey əməkdaşları və həmin məktəbin müəllim və şagird kollektivi iştirak edib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Daha sonra məktəbin direktoru Sevinc Mustafayeva və məktəbin coğrafiya müəlliməsi Gülnarə Əzimova muzey əməkdaşlarını H.Z.Tağıyevin 1894-cü ildə tikdirdiyi Mərdəkan bağçılıq məktəbinin yenidən təmir olunmuş binası və məktəbdə yerləşən Hacı Zeynalabdin Tağıyev muzeyi ilə tanış edib.
Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırıb və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyib. O, həmçinin çıxışında qeyd edib ki, bu aksiyadan sonra muzey ilə H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəb arasında müxtəlif layihələr və tədbirlər keçiriləcək.
Daha sonra muzeyin hədiyyələri məktəbə təqdim olunub, H.Z.Tağıyevin büstü, məktəbin Vətən müharibəsi şəhid məzunlarının abidəsi və H.Z.Tağıyevin məzarı ziyarət olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.