Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında Sərəncamına əsasən AMEA Şərqşünaslıq İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə görkəmli şairin 530 illik yubileyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dosent Əli Fərhadov "M.Füzuli yaradıcılığında sufizm və maarifçilik" mövzusunda məruzə edib.
Məruzə maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Beynəlxalq konfransın materialları nəşr edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.