XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
24 Aprel, 2024
Moskvada böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Moskvada Dövlət Şərq Muzeyində (Государственный музей Востока) XX əsrin əvvəllərində yaşamış azərbaycanlı xeyriyyəçi, sənayeçi,  böyük neft sahibkarı, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Xatirə gecəsində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı,  Dövlət Şərq Muzeyinin direktoru (Государственный музей Востока) elmləri doktoru Aleksandr Sedov, həmin muzeyin direktor müavini İlya Zaitsev, kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədov, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Zaur Paşayev iştirak edib. Sözügedən gecəyə onlayn formatda qoşulan akademik N.Vəlixanlı H.Z.Tağıyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən,  o cümlədən Tağıyevin yaşadığı mülkdə fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyinin dahi şəxsiyyətin xatirəsini əbədiləşdirmək məqsədi ilə həyata keçirdiyi tədbirlərdən, sərgilərdən, ekspozisiyadan söhbət açıb. N.Vəlixanlının çıxışı maraqla dinlənilib.