XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
25 Aprel, 2024
Muzeydə Qırğızıstanın tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda Qırğız Mədəniyyəti Günləri çərçivəsində keçirilmiş görüşlərindən biri bu gün Milli Azərbaycan Tarix Muzeyində baş tutub.

Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Qırğızıstan Parlamentinin keçmiş sədri, Qırğızıstan Respublikasının Qəhrəmanı Medetkan Şerimkulov, Qırğızıstan Milli Tarix Muzeyinin direktoru, Qırğızıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi siyasi və dövlət xadimi Yıldız Bakaşova iştirak edib.

Akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib və muzey haqqında ümumi məlumat verib. Görüş zamanı hər iki tərəf arasında 25-27 may 2023-cü il tarixlərində imzalanmış qarşılıqlı əməkdaşlıq Memorandumuna uyğun olaraq, praktiki əlaqələrin genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin qurulması, müştərək layihələrin icra edilməsi haqqında müzakirə aparılıb və müəyyən razılığa gəlib.

İşgüzar və səmərəli görüşdən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olub. Nümayiş olunan unikal eksponatlar qonaqların böyük marağına səbəb olub.

Sonda muzeyin nəşrləri hədiyyə olunub və xatirə fotosu çəkilib.