Bu gün, 26 aprel şəhid, leytenant Elnur Cəbrayılovun doğum günündən 43 il ötür. Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində anadan olub. 1988- 1999-cu illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə, 2003-cü ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2003-cü ildə hərbi xidmətə başlayan Elnur Cəbrayılov xidmət etdiyi dövrdə Azərbaycan Silahlı Qüvvələri Təlim və Tədris Mərkəzində təhsil alaraq, leytenant rütbəsinə qədər yüksəlib.
Elnur Cəbrayılov 2016-cı ilin aprel döyüşlərində iştirak edərək, Lələtəpə yüksəkliyi və ətraf bölgələrin düşməndən azad edilməsində xüsusi şücaət göstərib. Bu qələbədən sonra Elnur Cəbrayılov kapitan rütbəsinə yüksələrək, taborun təlim tərbiyə üzrə komandiri vəzifəsində xidmətini davam edib.
Elnur Cəbrayılov 13 oktyabr 2020-ci il tarixində Vətən Müharibəsi zamanı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeynin Vətən müharibəsi fondunda şəhid, leytenant Elnur Cəbrayılova məxsus (kitel, səhra yay papağı, qol saatı, haqqında dərc olunan qəzet materialı , fəxri fərman, sertifikatlar və fotoşəkillər) şəxsi əşyalar mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.