Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatlarla zənginləşdirilmiş yeni ekspozisiyasında açıq dərslərə start verilib. "Uzaq keçmişin izi ilə - Azərbaycanda İbtidai İcma Cəmiyyəti” adlı açıq dərs İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən muzeyin ekspozisiyasının “İbtidai icma cəmiyyətlərinin yaranması. Daş dövrü” və “Tunc və erkən dəmir dövrləri” zalında keçirilib.
Açıq dərsdə Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbin müəllim heyəti və şagirdləri iştirak edib. Məqsəd məktəbin tədris proqramına uyğun təşkil olunmuş açıq dərsdə şagirdlərin unikal eksponatlarla əyani şəkildə tanış olmasıdır. Dərs zamanı şagirdlərə muzeyin qədim dövr maddi-mədəni irs nümunələri haqqında məlumat verilib.
Sözügedən açıq dərs şagirdlərin maraqlı suallarının cavablandırılması ilə yekunlaşıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.