XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
29 Aprel, 2024
Muzeyin əməkdaşı ABŞ-də keçirilən beynəlxalq elmi konfransda iştirak edib

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Aslan Qasımov ABŞ-nın Yeni Orlean şəhərində keçirilən “Amerika Arxeoloqları Cəmiyyətinin 89-cu illik görüşü” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Konfransda tədqiqatçı-alim A.Qasımov “Azərbaycanda Paleolit: tədqiqat tarixi, tapıntılar və tarixləndirmə” mövzusunda fotoslaydın müşayiəti ilə çıxış edib. A.Qasımov məruzəsində Paleolit dövrünün öyrənilməsi tarixi, professor M.Hüseynovun araşdırmaları, Qarabağın Paleolit abidələri, Azıxantrop və daş alətləri ilə bağlı məlumat verib. Həmçinin, A.Qasımov məruzəsində Azərbaycan Elm Fondunun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas qrant müsabiqəsi-2023” də qalib olmuş “Qarabağın Daş dövrünə aid alət sənayesinin texnotipologiyasının traseoloji və eksperimental analizləri” adlı layihəni xüsusi vurğulayıb.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və suallar ətraflı cavablandırılıb.