“Milli Azərbaycan Tarixi Muzeyinin “sehrli” kolleksiyası: Amulet, Həmayil, Dualar” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: Aspoliqraf, 2023, 48səh). Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi t.ü.f.d, dos. Afət Rüstəmbəyovadır. Muzeyin Arxeologiya, Etnoqrafiya və Xüsusi fondunda qorunan unikal eksponatları əsasında hazırlanmış kataloqda müxtəlif çeşidli daş, keramika, metal və s. əsaslı amulet və həmayıl, eləcə də dualar təqdim olunub.
Qeyd edək ki, bəşər sivilizasiyasında ən qədim yazılı həmayil nümunəsini eramızdan əvvəl III-II minilliklərə aid “Talelər cədvəli” adlanan Şumer-Babil tanrılarının gil lövhələrində görmək mümkündür. Həmin lövhələr üzərindəki Babil əfsanəsinə görə qəhrəmanların başlarına və ya sinələrinə həmin lövhələrdən fraqmentlər həmayil kimi taxılırdı. Həmçinin, qədim zamanlardan bəri insanların şüurunda xüsusi iz qoyan magik əşyaların bütün təhlükələrdən mühafizə edə biləcəyinə inanmışdılar. Bu əşyalar sivilizasiyanın hər bir mərhələsində öz mahiyyətini saxlamaqla yanaşı, hər mərhələdə yeni dini-ideoloji məzmun əlavə olunmaqla tamamlanırdı. Kataloq xalqımızın yalnız tarixi keçmişini deyil, onun psixologiyasını, adət-ənənəsini, həyata və dünyaya baxış şəklini öyrənmək üçün əhəmiyyətli mənbə sayılır.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Akif qızı Nəsirovanın “Azərbaycan Xalçaları” adlı məqaləsi elmi topluda nəşr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.