Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin “Elmi macəralar saatı” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş mühazirə keçirilib.
Muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova Binəqədi Gənclər Evinin üzvlərinə muzeyin ekspozisiyasının dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş zalında mühazirə deyib. Mühazirə zamanı Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, milli maraqlara əsaslanaraq tarixi proseslərə təsir edən müdrik siyasətindən bəhs edilib. Tələbələr mövzuya uyğun eksponatlarla əyani tanış olub və verilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, 2021-ci ildən muzeydə “Elmi macəralar saatı” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Layihənin məqsədi şagirdlərin və tələbələrin mədəni asudə vaxtının səmərəli təşkili, eyni zamanda onları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.