Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941–1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni açılan ekspozisiyasında İkinci Dünya Müharibəsi dövrünü əks etdirən eksponatları təqdim edirik. Nümunələr arasında Sovet İttifaqı Qəhrəmanları- Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Adil Quliyev, İsrafil Məmmədov, Züleyxa Seyidməmmədova və başqalarına məxsus silah, medal, məktub və şəxsi əşyalar, o cümlədən həmin dövrdə Azərbaycanın təşkil olunmuş 416-cı, 223-cü milli atıcı diviziyalarının bayraqları, azərbaycanlı döyüşçülərə aid medal, orden, döş nişanları, silah və hərbi geyim nümunələri yer alır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.