Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan mədəniyyətində Heydər Əliyev fenomeni” adlı intellektual-maarifləndirici tədbir keçirilib. Tədbirdə İdrak liseyinin müəllim və şagirdləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva fotoslaydın müşayiəti ilə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan danışaraq şagirdlərə ətraflı məlumat verib.
Sonra şagirdlər fotoslaydın müşayiəti ilə Ulu Öndərə həsr olunmuş şeir səsləndirib.
Tədbirin ikinci hissəsində şagirdlərə muzeyin yeni ekspozisiyanın Ümummilli lider Heydər Əliyevə həsr olunmuş zalında ekskursiya aparılıb və şagirdlərin marağına səbəb olan eksponatlar haqqında ətraflı məlumat verilib. O cümlədən bildirilib ki, muzeyin yeni ekspozisiyasının Vətən Müharibəsinə həsr olunmuş zalında tədbirin iştirakçılarından olan, liseyin şagirdi Əli Bərxudarovun atasına, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Vətən Müharibəsi şəhidi Toğrul Bərxudarova yazdığı məktub da nümayiş olunur.
Sonda xatirə fotosu çəkilib.