XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
03 İyun, 2024
Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Qazaxıstan Respublikasının Pavlodar şəhərində akademik Ə.X.Marqulan adına Pavlodar Pedaqoji Universitetində akademik Ə.X Marqulanın 120 illik yubileyinə həsr olunmuş  “Marqulan oxumaları-2024” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransda  Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev iştirak edib. L.Mustafayev konfransda “Новый археологический памятник периода Сасанидов на северо-востоке Азербайджана” (Şimal-şərqi Azərbaycanda Sasanilər dövrünə aid yeni arxeoloji abidə) adlı məruzə ilə çıxış edib(fotoslaydın müşayiəti ilə).

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.