Milli Azərbaycan Tarixi Muzeyi 1920-ci ilin iyulundan tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi məşhur sarayda yerləşdirilmiş və ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul etmişdir.
Muzeydə həyata keçirilən tədbirlər, qurulan sərgilər, ekspozisiyalar Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı, özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını-onun ekspozisiyasını formalaşdırır. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Muzeyin binası və daxili tərtibatı isə Azərbaycanın milli sərvəti sayılır.
“Bir muzeyin sirri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayevin təqdimatında Milli Azərbaycan Tarixi Muzeyinin ecazkar, möhtəşəm “Şərq” zalını təqdim edirik. Tanınmış müğənni Faiq Ağayev ifa etdiyi "Kor Ərəbin Mahnısı"nın vaxtilə muzeyin “Şərq” zalında çəkilmiş klipi, xatirələri və muzeyin unikallığı barədə ictimaiyyətə məlumat verir.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.