XƏBƏRLƏR
07 İyun, 2024
Milli Azərbaycan Tarixi Muzeyi və “East Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Bu gün, Milli Azərbaycan Tarixi Muzeyi və Caspian Capital Group şirkətinə daxil “East Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, “Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev və hər iki tərəfin əməkdaşları iştirak ediblər. Akademik N.Vəlixanlı qonaqları salamlayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüşdə hər iki tərəfin təşkilatçılığı ilə yeni layihələr, mədəni tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəni irsin qorunması, öyrənilməsi və təbliği, həmçinin elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə muzeydə mühafizə olunan materiallar əsasında birgə keçiriləcək sərgi haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb. Eyni zamanda “Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev zərgərlik sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verib. E.Paşayev qeyd edib ki, şirkət Azərbaycan brendlərinin təbliğatına üstünlük verir və bazara yeni məhsullar təqdim edir. "East Gold" brendi təmamilə yeni məhsuldur və alıcıların qızıla olan əlçatanlığını tam təmin edir.
Daha sonra tərəflər onlar üçün prioritet və aktual olan elmi və mədəni-maarif layihələrinin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Memorandum imzalayaraq, razılığa gəliblər.
Sonda qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.