Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər Universitetində I Milli Təhsil Zirvəsi keçirilib.
Tədbirdə 250-yə yaxın təhsil ictimaiyyəti nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər. Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tədbirin moderatoru qismində çıxış edib. Tədqiqatçı N.Yusifova muzey-təhsil əlaqələrindən də danışıb. Qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyinin şagird və tələbələr üçün keçirilən tədbirləri, tarixin müxtəlif dövrlərinə həsr olunmuş viktorina və açıq dərsləri gələcək nəslin maariflənməsində böyük rol oynayır.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.