XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
01 İyul, 2024
Muzeydə Meksikanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət işləri üzrə attaşesi ilə görüş keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə Meksikanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət işləri üzrə attaşesi Aristeo Qonzales Gerero arasında görüş baş tutub. Akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib və muzey haqqında ətraflı məlumat verib. Eyni zamanda akademik N.Vəlixanlı gələcəkdə Milli Azərbaycan Tarixi Muzeyi ilə Meksikadakı muzeylər arasında səyyar sərgilərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra attaşe Aristeo Qonzales Gerero gələcək planların həyata keçirilməsi üçün hər iki tərəf arasında Memorandum imzalanması təklifini irəli sürüb. Görüşdə Azərbaycan və Meksika arasında mədəni-tarixi əlaqələr çərçivəsində səmərəli əməkdaşlıq layihələri müzakirə edilib.

Sonra attaşe Aristeo Qonzales Gerero muzeyin yeni ekspozisyasını və xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət edib və muzeydən xoş təəssüratlarla ayrılıb. Sonda xatirə fotosu çəkilib.