Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyevanın “Роль «Китаб ал-Муштарик» Йакута аль-Хамави в уточнении топонимов Кавказа и Азербайджана” (Qafqaz və Azərbaycan toponimlərinin aydınlaşdırılmasında Yakut əl-Həməvinin “Kitab əl-Müştərik”inin rolu) adlı məqaləsi Rusiyanın “Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun "Современная научная мысль" adlı jurnalında çap olunmuşdur. Məqalədə şərqşünas alim Nərgiz Əliyevanın Qafqaz və Azərbaycana aid toponimlərlə zəngin olan Yaqut əl-Həməvinin “Kitab əl-müştərik” əsəri haqqındakı araşdırmaları öz əksini tapmışdır (2024, no. 3, c.154-161). Tədqiqatçı alim N.Əliyevanın təqdim etdiyi məqalədə göstərilir ki, əsərdə istifadə olunan qiymətli məlumatlar hələ öz dövründə Xilafət tərkibindəki ölkələri birləşdirən müsəlman mədəniyyəti xadimlərinin, o cümlədən azərbaycanlı ziyalıların üzə çıxarılması işində mühüm mənbə olmuş, həmin xalqların mədəniyyətlərindəki ortaq xüsusiyyətləri müəyyənləşdirməyə aydınlıq gətirmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.