XƏBƏRLƏR
11 İyul, 2024
Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasının ölkəmizdəki Səfirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasının ölkəmizdəki Səfirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədi ilə görüş keçirilib. Görüşdə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, səfirin müşaviri Mixal Qrecylo, səfirliyin əməkdaşı Katarzyna Piasecka, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və həmin şöbənin böyük elmi işçisi Fuad Ağayev iştirak ediblər. Tədqiqatçı alim Fərhad Cabbarov qonaqları muzeydə yenidən görməkdən məmnunluğunu bildirib və hər iki ölkənin tarixi əlaqələrindən danışıb.
Sonra tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci il dönümünə həsr olunacaq sərginin muzeydə təşkili ilə bağlı razılaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sərgidə Yuzef Qoslavski tərəfindən vaxtilə Bakıda layihələndirilmiş məşhur binaların 3D formatında təqdimatı, eyni zamanda polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyət ilə bağlı mətn və vizual materialları yer alacaq.
Hər iki tərəfin razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan nadir eksponatlar Səfirin marağına səbəb olub.
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...
Muzeyin əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov 11–17 may 2026-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində...
Muzeydə Beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-qrup-işi (work-shop) keçiriləcək
13 may 2026-cı il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzus...
Muzeyin nəşrləri Britaniya Kitabxanasında
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr olunan Qafqaz Albaniyasının xristian abidələri haqqında monoqrafiya, həmçinin muzeyin etnoqrafik kollek...
Unikal baş bəzəyində Humay Ana simvolu
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan bu unikal baş bəzəyi qədim inancların və estetik düşüncənin nadir nümunələrindəndir. Şamaxın...
Muzeydə Ahıska Türklərinə həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi müzakirə edilib
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, Ahıska türkləri ilə bağlı layihə çərçivəsində beynəlxalq interaktiv sərginin kur...
Muzeydə Albaniya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə Albaniya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və s...