Bu gün 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin mədəni irsinin qorunması və dünya səviyyəsində tanıdılması işində əvəzsiz xidmətlər göstərən Mehriban Əliyevanın doğum günüdür. Milli dəyərlərin və mədəniyyətin inkişafına böyük dəstək verən Mehriban Əliyeva bu istiqamətdə çoxsaylı layihələrə rəhbərlik edib. Eyni zamanda təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr ölkənin inkişafına və xalqın rifahına verdiyi dəyərli töhfələrin bir hissəsidir.
Milli Azərbaycan Tarixi Muzeyi adından Mehriban xanım Əliyevanı təbrik edir, can sağlığı və ölkəmizin rifahı naminə gördüyü işlərdə daima uğurlar arzulayırıq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.