XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
11 Sentyabr, 2024
Muzeyin əməkdaşları Sankt-Peterburq şəhərində beynəlxalq peşəkar proqramda iştirak ediblər

Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova Sankt-Peterburq şəhərində keçirilən “Kitabxanalarımız: Rus dilində oxu” adlı beynəlxalq peşəkar programda iştirak ediblər. Sözügedən program Sankt-Peterburqun Xarici Əlaqələr İşləri Üzrə Komitəsinin dəstəyi ilə 35 ölkədən olan kitabxanaların, eləcə də mədəniyyət və təhsil müəssisələrinin mütəxəssislərinin iştirakı ilə baş tutub. Muzeyin əməkdaşları 7 günlük proqram çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyini təmsil edərək, ölkələr arasında mədəni əlaqələri gücləndirmək, muzeydə kitabxananın fəaliyyətini genişləndirmək, ziyarətçilərin oxucu statistikasının artırılması məqsədilə görüləcək işlərin, yeni metodların tətbiq olunması ilə əlaqədar təcrübə əldə ediblər. Eyni zamanda , əməkdaşlar "Sərhədsiz ünsiyyət" adlı öz layihələrini hazırlayıb, daha sonra təqdimatını ediblər.

Sonda muzeyin əməkdaşları proqramda fəal iştiraklarına görə sertifikatla təltif olunublar.
Qeyd edək ki, proqram zamanı Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri Sankt-Peterburqun Xarici Əlaqələr İşləri Üzrə Komitəsinin rəhbərliyinə, V.V. Mayakovskiy adına Mərkəzi Şəhər Kütləvi Kitabxanasına və Rusiya Federasiyasının Prezident Kitabxanasına hədiyyə edilib.
Daha sonra Zümrüd İsmayılova və Afət Kərimova Moskvada keçirilən Beynəlxalq Kitab Festival-Sərgisində iştirak ediblər. Festival zamanı Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin materiallarının da yer aldığı növbəti nəşrin- Atlas kitabının 3 nüsxəsini əldə ediblər.