“YUNESCO üzrə Rusiya Federasiyası Komitəsinin Xəbərləri” jurnalının baş redaktoru, “Oleq Paxmutov” nəşriyyatının təsisçisi Oleq Paxmutov, tədqiqatçı numizmat Mustafa Şabanov və “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Sözügedən nəşriyyatda son illərdə tarixə yardımçı fənnlər- numizmatika, bonistika və d. üzrə bir sıra əsərlər nəşr edilib. O cümlədən, 2022-ci ildə azərbaycanlı bonist tədqiqatçı Habil Zeyniyevin müəllifliyi ilə “Azərbaycanın kağız pul nişanlarının ensiklopediyası” (Энциклопедия бумажных денежных знаков Азербайджана. Москва: Изд. Олега Пахмутова, 2022, 532 с.) kitab-kataloqu da bu nəşriyyatda işıq üzü görüb.
Qeyd edək ki, muzeyin Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, t.ü.f.d., dosent Sənubər Qasımovanın köməkliyi ilə sözügedən kataloqda muzeyin dəyərli materialları sayılan, Azərbaycanın kağız pulları da yer alıb (XIX – XX əsrlər).
Muzeyin yeni ekspozisiyası ilə tanış olan qonaqlar muzeydən xoş təəssüratla ayrılıblar. Eyni zamanda, Oleq Paxmutov rəhbərlik etdiyi nəşriyyatın son illərdə işıq üzü görən nəşrlərini muzeyin əməkdaşlarına hədiyyə edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.