Xantı-Mansiysk Təbiət və İnsan Muzeyinin (Rusiya Federasiyası) direktoru, coğrafiya elmləri namizədi, çoxsaylı elmi məqalə və nəşrlərin, elmi-populyar film və bələdçi kitablarının müəllifi İvan Aleksandroviç Yaşkovun redaktorluğu ilə növbəti Atlas- «Атлас переработки нефти и газа» (Neft və qaz emalı Atlası) nəşr olunub (Yekaterinburq: Basko nəşriyyatı, 2024, 256 s.).
Sözügedən Atlasda Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan materiallar, eyni zamanda, böyük mesenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, kimya elmləri doktoru, akademik Yusif Məməmmədəliyev haqqında məlumatlar yer alıb. Həmçinin, nəşrin hazırlanması üçün bir sıra ölkələrin muzey, dövlət, korporativ, universitet fondlarının, yanacaq-energetika şirkətlərinin və ictimai təşkilatların arxivlərinin materialları da cəlb edilib. Həmin materiallar muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev tərəfindən toplanmış və sistemləşdirilmişdir.
Qeyd edək ki, Atlas “Neft və Qaz Tarixi” elmi-populyar seriyasını tamamlayan neft emalı və neft-kimya sahəsində ən mühüm tarixi hadisələrin illüstrasiyasıdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.