XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
17 Sentyabr, 2024
Beynəlxalq jurnalda muzeyin tədbiri haqqında məqalə dərc edilib

Milli Azərbaycan Tarixi Muzeyində 1 mart 2024-cü il tarixində keçirilən “Yaz paralelləri” tədbiri haqqında məqalə Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin 23 saylı “Akord” Beynəlxalq Jurnalında (sentyabr-oktyabr 2024-cü il) dərc edilib (bolqar dilində). Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı və Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə keçirilmiş “Yaz paralelləri” adlı beynəlxalq layihə Azərbaycanda və Bolqarıstanda baharın qarşılanmasına həsr olunub. Layihənin məqsədi iki xalqın tarixi və mədəni irsini, adət-ənənələrini təbliğ etmək, eyni zamanda şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.