Bu gün dahi şəxsiyyət, tanınmış bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə ölkəmizdə Milli Musiqi Günü qeyd olunur. 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Üzeyir Hacıbəyli Azərbaycan milli musiqisinin banisi olmaqla yanaşı, ilk operanın, ilk musiqili komediyanın və bir çox janrlarda əsərlərin müəllifi olaraq tarixdə silinməz iz qoyub.
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında Üzeyir Hacıbəylinin həyatına və yaradıcılığına aid olan dəyərli eksponatlar nümayiş olunur. Bu nümunələr Ü.Hacıbəylinin zəngin musiqi irsini, pedaqoji və ictimai fəaliyyətini işıqlandıraraq, ziyarətçilərdə böyük maraq yaradır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.