Bu gün Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - Neftçilər Günüdür. 1994-cü il 20 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azər-Çıraq-Günəşli" yataqlar blokunun birgə işləməsi və hasil olunan neftin pay şəkildə bölüşdürülməsi haqqında 8 ölkənin 13 məşhur neft şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işbirliyini rəsmiləşdirən müqavilə imzalanıb. 4 dildə hazırlanmış sözügedən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb. Bu tarixi sazişin imzalanması Azərbaycanı ölkə iqtisadiyyatında müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib. "Əsrin müqaviləsi"ni həyata keçirən rəhbər komitənin ilk iclası isə 24 yanvar 1995-ci il tarixində Azərbaycan Tarixi Muzeyinin “Şərq” zalında keçirilmişdir.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasından Azərbaycanın neft sənayesinin inkişaf tarixini əks etdirən eksponatları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.