XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
02 Oktyabr, 2024
Muzeyin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Macarıstanın Köszeg şəhərində Elmi Araşdırmalar Universitetində professor Turan Yazgana və professor Jody Jensenə həsr olunmuş “IV Beynəlxalq  Balkanlar, Anadolu, Qafqazlar və Türkistan Coğrafiyası Sənət, Mədəniyyət, Tarix və Folklor- Sənət Ənənələri” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Macarıstanla yanaşı, bir sıra ölkələrin tədqiqatçıları və mədəniyyət işçiləri iştirak ediblər.
Konfrans zamanı Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov “Osmanlı dövlətində və Rusiya İmperiyasında Erməni ekstremizminin müqayisəli təhlili (Azərbaycan, Rusiya, Gürcüstan arxiv mənbələri əsasında)”(onlayn), Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Azərbaycanın min illik Şirvanşahlar dövləti: numizmatik və epiqrafik qaynaqlarda”, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov və muzeyin meneceri Kubra Dadaşova “Muzey marketinqi ziyarətçi ilə ünsiyyət yolu kimi (Milli Azərbaycan Tarixi Muzeyinin timsalında)” adlı məruzələrlə fotoslaydın müşayiəti ilə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.