Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları, Köməkçi materiallar fondlarında “Kommunist” qəzetinin redaktoru Ağababa Yusifzadəyə aid materiallar qorunur. Ağababa Yusifzadə 1886-cı ildə Qubada anadan olub, ibtidai təhsilini molla məktəbində alıb. 1911-1916-cı illərdə müəllim vəzifəsində çalışıb və azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyin təşəbbüskarı olub. Bakı qəzası İnqilab Komitəsinin sədri, “Azər Mərkəz Çapedilmə” komissiyasının sədri kimi vəzifələrdə çalışmış Ağababa Yusifzadə 1937-ci ildə repressiya qurbanı olub.
Azərbaycan tarixində böyük rolu olan Ağababa Yusifzadəyə aid sözügedən materialları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.