Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi haqqında Sərəncamına uyğun olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik" mövzusunda dəyirmi masa keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov dəyirmi masada "Milli və dini düşüncədə ekologiyaya baxış" adlı mövzuda çıxış edib. Ə.Fərhadov çıxışında qədim türklərin inancında, "Dədə Qorqud" dastanında və müqəddəs dini kitablarda ekologiyayaya münasibət haqqında ətraflı məlumat verib.
Aktual mövzuya uyğun çıxış maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.