Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Sabunçu Sosial Xidmət Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqları üçün inklüziv xeyriyyə tədbiri-ustad dərsi keçirilib.
İlk olaraq uşaqlar muzeyin Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən, dəyərli eksponatlarla zənginləşdirilmiş elmi ekspozisiya ilə tanış olublar.
Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları tərəfindən “Xarıbülbül - Qələbə rəmzi” mövzusunda keçirilən ustad dərsində uşaqlara gips fiquru üzərində Xarıbülbül çiçəyinin rənglənmə qaydası öyrədilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.