Milli Azərbaycan Tarixi Muzeyinin və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının “H.Z.Tağıyev 4” ərazi partiya təşkilatının birgə təşəbbüsü ilə 8 noyabr- Zəfər Gününə həsr olunmuş “Böyük qələbəyə gedən yol və Zəfərimiz” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Z.Tağıyev küç.4” ərazi partiya təşkilatı sədri, muzeyin aparıcı elmi işçisi, t.ü.f.d, dosent Bəhmən Kərimov "Milli qürur, qələbə və Zəfər bayramı", muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov "Zəfər Günü ordumuzun qüdrətinin təntənəsi", muzeyin baş mütəxəssisi, sözügedən təşkilatın sədr müavini Pərvanə Əzimova "Tarixi qələbə, Zəfər Günü", muzeyin mütəxəssisi Gülnar Fərhadova "Zəfər Günü, qürurumuz" və Beynəlmiləl Əlil Döyüşçülər Fondunun Yasamal rayon təşkilatının sədri Elnur Fərzəliyev "Zəfər Günü- xalqımızın milli birliyi" adlı məruzələrlə çıxış ediblər. Çıxış zamanı iştirakçılar xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilmiş bu misilsiz qələbə haqqında danışıblar.
Sonda xatirə fotosu çəkilib.