XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
25 Fevral, 2025
Muzeydə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş  tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin  kursantları,  Bakı şəhəri məktəblərinin şagirdləri, muzey əməkdaşları iştirak ediblər.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə  Şəmsi, həmin şöbənin baş mütəxəssisi Aynur Babayeva, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi, muzeyin fotoqrafı Mirnaib Həsənoğlu, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Zərəngiz Dəmirçi  çıxış ediblər. Çıxışçılar Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Tədbirin bədii hissəsində Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında “Günay” Uşaq  Teatrı tərəfindən səhnələşdirilmiş “Unutmadıq Xocalı” adlı tamaşa nümayiş olunub  (rejissor Larisa Tarusova).

Tədbirdə həmçinin Xocalı faciəsinə həsr olunmuş "Xocalı yaddaşımız" adlı foto sərginin açılışı olub. Sərgidə AFB-nin foto arxivinə məxsus 36 fotoşəkil nümayiş olunub. Fotoların müəllifləri: Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir.

 Sərgi AFB-nin 36 kadr layihəsi əsasında hazırlanıb.